Ermənistan çalışacaq ki. xaricdəki Azərbaycan və erməni icmalarını qarşıdurma vəziyyətinə gətirsin - ÖZƏL

"Ermənistanın həm hərb, həm də diplomatik- siyasi müstəvidə uğursuzluğa uğraması bu ölkəni davamlı şəkildə təxribatlara əl atmasına sövq edir. Təcrübə də bunu göstərir ki, artıq sivil dünya, beynəlxalq hüquq bunların dediklərini qəbul etmir". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, Ermənistan müharibədəki məğlubiyyətindən sonra çalışırdı ki, Azərbaycana dünyadakı diasporası vasitəsi ilə təzyiqləri artırsın: "Lakin son hadisələr və gedişat göstərir ki, Ermənistanın həm hərbi gücü, həm də diaspora gücü sadəcə bir mifdir və Azərbaycan öz ardıcıl diplomatik və siyasi hücumları ilə bu mifi dağıtdı. Burada vacib olan məsələ həm Azərbaycanın öz mübarizəsini beynəlxalq hüquq çərçivəsində aparmasıdırsa, digər tərəfdən də beynəlxalq aləmdə də Azərbaycanın mövqeləri kifayət qədər güclənib. Ədalətli yolla heç nəyə nail ola bilməyəcəyini görən Ermənistan indi çalışa bilər ki, hərbi təxribatlar törətməklə xaricdəki Azərbaycan və erməni icmalarını qarşıdurma vəziyyətinə gətirsin. Bunu artıq biz Los-Anceles və dünyanın digər bölgələrində baş qaldıran etiraz aksiyaları ilə görürük. Ona görə bizim həm diplomatik korpus, həm də diaspor təşkilatları belə məsələlərdə çevik davranmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31