Ermənistan öz qazdığı quyuya özü düşdü - ÖZƏL
18 Avqust 2023 10:24 Siyasət"BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın belə bir iclasın keçirilməsinə nail olması nə məntiqə, nə beynəlxalq hüquqa sığmır. Qeyd etmək lazımdır ki, bu iclasda heç bir sənəd qəbul olunmadı. Əksinə, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycana qarşı haqsız rəy formalaşdırmaq istəyən Ermənistan öz qazdığı quyuya özü düşdü". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynova Prezident İlham Əliyevin bir fikrini xatırladıb: "O hər zaman vurğulayır ki, "bizim siyasətimiz, addımlarımız, qərarlarımız məntiqlidir, ardıcıldır". Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, dostları çoxalır. Vətən müharibəsində şanlı Qələbə çalan Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı, son geosiyasi və hərbi proseslər fonunda isə onun bölgədəki, hətta dünyadakı rolu dəyişdi. Bu gün Azərbaycan qlobal təşəbbüslər irəli sürən, sülh və təhlükəsizliyə, ədalətə və bərabərliyə mühüm töhfələr verən bir ölkədir. Və bu reallığı beynəlxalq ictimaiyyət yaxşı dərk edir. Eyni zamanda, Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərə uyğun davranır. Bütün səviyyələrdə haqlı mübarizəsini ləyaqətlə aparır. Heç bir zorakılıq olmadan, böhtan, yalan olmadan!"