Borçalıların keçid məntəqəsi boynu bükük yetim kimi qalıb - ÖZƏL
18 Avqust 2023 10:10 Siyasət"Acı reallıq, çox deyildi, çox danışıldı amma dərdinə dərman tapılmadı. Gah dəyişdilər, gah dəmirlədilər, gah da yerdəyişmə etdilər yenə də dəyişmədi. Borçalıların ən çox incik olduğu bir keçid məntəqəsi". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, amma heç kimin edə bilmədiyini pandemiya etdi: "Haqsızlıqlar düzəlmədi, amma birdəfəlik bağlandı, dəmir qapı Dərbənd kimi, qıfillı qaldı. Nə keçən var, nə danışan. İndi qalıbsan boynu bükük yetim kimi. Açımağı da qalıb, gedə bilmirik, ana və atadan yetim boynu bükük gözləyirik. Zaman gələcək, bu dünya səhiyyə təşkilatının pandemiya adı altında xalqlara zülmü, bu keçid məntəqəsi kimi bağlı qalacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31