Dünya artıq erməni təbliğatına uymur - Elşad İsgəndərov

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov BMT Təhlükəsizlik Şurasında təşkil olunan müzakirələrlə bağlı paylaşım edib.

Olaylar.az xəbər verir ki, bu barədə E.İsgəndərov "X" (Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"BMT Təhlükəsizlik Şurasında heç bir sənədin (hətta bəyanatın) qəbul edilməməsi dünyanın artıq erməni təbliğatına uymadığını göstərir", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Ermənistan dövlətinin guya Azərbaycan tərəfinin Qarabağdakı ermənilərə qarşı "humanitar böhran" vəziyyəti yaratması ilə bağlı heç bir əsası olmayan müraciəti əsasında bu gün BMT Təhlükəsizlik Şurası öz toplantısını keçirib. Və bu dəfə də Ermənistan tərəfinin Azərbaycana qarşı qarayaxma kampaniyası fiaskoya uğrayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31