Ermənistan lobbiçilik təbliğatına söykənən iddia qaldırdı və uduzdu
17 Avqust 2023 14:22 Siyasət"BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan ali orqan BMT-nin Təhlükəsizlik Şurasıdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul edib. Bəli bu qətnamələr bizə işğaldan azad olunmuş torpaqları geri qaytarmadı amma beynəlxalq müstəvidə siyasi istinad imkanı yatadırdı. Dünən nə baş verdi?" "Olaylar" xəbər verir ki, bunu deyən Vətəndaş Tədqiqat və inkişaf İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, çox konkret olaraq onu deyə bilərəm ki, Ermənistan şuranın fəaliyyət istiqamətinə tam uyğun olmayan, əvvəlki praktikada özünün əməl etmədiyi qətnamələr olduğuna, şuranın humanitar böhran sayacağı standartlara uyğun gəlmədiyi və yalnız yalana əsaslanan lobbiçilik təbliğatına söykənən iddia qaldırdı və uduzdu: "Azərbaycan nə etdi? Azərbaycan sadəcə beynəlxalq qanunları pozmadı və güclü, ən əsası davamlı diplomatik münasibətlər qurdu. Qarabağla bağlı beynəlxalq aləm hər zaman Azərbaycana uduzub. Eyni zamanda Azərbaycanı tərəfdaşa çevirən 10-la müsbət məqamlar var.
Beynəlxalq aləm nə etdi? Bəzi üzv dövlətlər ənənəvi, ümumi, şişi də, kababı da yandırmayan çıxışlar etdilər. Fransa bərabərdi Ermənistan olduğu üçün onun təsirində olan ölkələr də faktsız canfəşanlıq etməyə çalışdılar. Beynəlxalq mövqeni qiymətləndirəndə yalnız qaydaları düşünmək doğru deyil, həm də öz maraqlarını, erməni təəssübünü unutmayaq. Qərar nə oldu? Ermənistan bir daha məğlub oldu. Bu qədər sadə".