Ermənilərin əsassız iddiaları tamamilə ifşa edildi - ÖZƏL

"Dünənki iclas həm də erməni diplomatiyası ilə Azərbaycan diplomatiyasının keyfiyyət güzgüsünə çevrildi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib.  O bildirib ki, bu iclasda Azərbaycan əleyhinə qətnamə çıxarılmasına çalışan Ermənistan diplomatiyası gerçəkdən də çox ciddi məğlubiyyətə uğradı:

"İflasa uğrayan erməni diplomatiyasının fonunda isə Azərbaycan diplomatiyasının çevikliyini, peşəkarlığını xüsusilə qeyd etməliyik. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin sözügedən iclasda etdiyi çıxış da kifayət qədər effektiv, sərrast və əsaslandırılmış çıxış idi. Onun çıxışı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya "blokada"ya alınması nəticəsində "humanitar fəlakət"in yaşanması ilə bağlı əsassız iddiaları tamamilə ifşa etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31