Yesənizdə Ağdamdan gedəni yeyəcəksiz yeməsəniz də - ÖZƏL
17 Avqust 2023 12:22 Siyasət"Ermənilərin və havadarlarının BMT TŞ provokasiyasından sonra məncə bizim dövlət belə etməlidir: BMT TŞ-nin diami və daimi olmayan üzvlərinə müraciət etməliyik ki, buyurun humanitar yardımınızı göndərin "ac" ermənilərə. Ağdam-Xankənidi yolu ilə yüklərinin göndərilməsinə təminat veriririk". "Olaylar" xəbər verir ki, bunu deyən Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, özümüz də 5-6 TİR hazırlayıb aparıb saxlamalıyıq ermənilərin blik-post qoyduğu yerin qarşısında: "Əgər "ac" ermənilər bunu qəbul etməsə o zaman əlimizdə bir neçə ciddi arqument olacaq. Birincisi özünə BMT TŞ-də əl qatanlar humanitar yük göndərməsələr özülərini ifşa edəcəklər (onlar üçün "ac" ermənilərin "ölməməsi" üçün yüklərin hardan keçməsinin fərqi olmamalıdır). İkincisi biz də "ac" və dönük vətəndaşlarımıza "bir qısmat" yemək təklif etmiş oluruq. Acından ölürsünüzsə götürün yeyin, yox onda kef edin özünüzçün. Yesənizdə Ağdamdan gedəni yeyəcəksiz yeməsəniz də".