BMT TŞ-nın iclası Ermənistanın növbəti məğlubiyyəti idi - ÖZƏL
17 Avqust 2023 11:57 Siyasət"BMT TŞ-nın iclası Ermənistanın növbəti məğlubiyyəti idi. Düşmən ölkənin Laçın nəzarət-buraxılış məntəqəsi ətrafında süni şəkildə böhran yaratmaq cəhdləri və bunu BMT TŞ-na çıxarması ilə ölkəmiz əlehinə hər hansı bir qərarın qəbuluna çalışması fiaskoya uğradı". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, nəticədə nə bir qətnamə, nə bir qərar və mətbuatda açıqlama olmadı:
"Prosedur qaydalarına görə hansısa bir qətnamə və yaxud qərarın qəbulu üçün üzvlərin yekdil və yaxud 5 daimi üzvü daxil olduğu 9 səs lazım idi. Bu isə ölkəmizin istər daimi, istərsə də qeyri-daimi üzvlərlərin bəziləri olan yüksək səviyyəli siyasi əlaqələrini nəzərə aldıqda real görsənmirdi və proses gözlənildiyi kimi də başa çatdı".
Pərviz Mirizadə deyir ki, BMT TŞ-dan ümidini itirən Ermənistan və onların dəstəklədiyi separtçı qüvvələrin bundan sonra son addım kimi hərbi aktivliyini artıracağı istisna deyil və gözləniləndir:
"Çünki istər rəsmi İrəvan, istərsədə separatçıların artan hərbi aktivliyi hiss olunmaqdadır. Qanunsuz jejim kütləvi şəkildə mülki əhalini silahlandırır, atəş mövqelərini yaşayış məntəqələrində yerləşdirir. Bu isə hər hansı bir antiterror əməliyyatları zamanı Azərbaycanı yaşayış məntəqələrinə zərbə endirməkdə ittiham etmək üçün hesablanmış gedişlərdir. Elə məlum iclas öncəsi də Ermənistan tərəfi Kəlbəcər istiqamətində diversiya cəhdləri etdi, Naxçıvan istiqamətində atəşkəs rejimini pozdu. İstənilən halda proseslərə nəzarət Azərbaycan tərəfindədir və düşmənin bütün aktivliyi ordumuz tərəfindən bilinir və müşahidə olunur".