BMT TŞ- də son nəticə öz- özünə olmadı ki..... Prosesi idarə edən var idi...
17 Avqust 2023 11:56 Siyasətpolitoloq Aydın Quliyev
Ermənistan siyasətçilərinin qələbəyə öncədən nə qədər böyük ümidlər içində olduqlarını bir daha yada salsaq, onların 15 avqustda Təhlükəsizlik Şurasında necə ağır zərbə aldıqlarını görə bilərik.Bu sadəcə məyusluq deyil,öldürücü zərbə almaqdır.Sıra ilə 3- cü olsa da, təsir effektinə görə ermənilər üçün ən ağırıdır.
2020- ci il oktyabrın 19- da , Vətən müharibəsinin qızğın vaxtında Fransanın dəstəyi ilə TŞ- də Azərbaycana qarşı qətnamə çıxartdırmağa cəhd etdilər.Alınmadı.Azərbaycanın müttəfiqləri olan Qoşulmayan ölkələrin TŞ- dəki təmsilçiləri mane oldular.
2022- ci ilin dekabrında yenə Makronun fəal dəstəyi ilə TŞ- də yenidən məsələni müzakirəyə çıxarmağa çalışdılar.Yenə uğursuz oldular.Erməni sırtıqlığının bariz ifadəsi olan bu 2- ci cəhdin 3- cü uğursuz davamı da dünən baş verdi ...
Ermənistanın ideoloq və strateqləri öncədən belə nəticə alacaqlarına əmin olsaydılar, BMT- nin qapılarına yəqin ki, düşməzdilər.Çünki bu uğursuzluqdan sonra onların analoji məsələlərlə bağlı nə vaxtsa yenidən Təhlükəsizlik Şurasına müraciət imkanları əsaslı dərəcədə zəiflədi.30 il BMT TŞ- nin 4 qətnaməsinə və bəyanatlarına sayğısızlıq etməyin bir bədəli olmalı idi, ermənilər öncədən görə bilmədilər ki, TŞ 4 qətnaməyə qarşı sayğısızlığı unuda bilməz.
Lakin 15 avqust müzakirələrində Ermənistanın və onunla birlikdə Fransanın, bütün erməni lobbisinin ağır məğlubiyyətinin kökü, səbəbi tək bunlar deyil. Daha ciddi, əsaslı səbəblər var ki, onları unutmaq olmaz.
Azərbaycan tərəfdən öncədən proseslər təbii axarın ümidinə buraxılmadı, oturub gözləmədik ki, BMT 4 qətnaməyə qarşı 30 illik sayğısızlığa görə Yerevandan qisas alacaq , onları cəzalandıracaq.Əksinə, proseslər Azərbaycan diplomatiyasının adından idarə olundu, özbaşına buraxılmadı.Özbaşına buraxılsaydı , BMT- nin "kəramətinə " ümidli olsaydıq , nəticə indikindən fərqli və təhlükəli olardı.
Prezidentin təşkilatçılığı ilə öncədən həyata keçirilən diplomatik- siyasi kurs bu günkü nəticəni müəyyən etdi.
1.Prezident İlham Əliyev Ermənistanla sülh sazişi, onun əsas tezislərinin dairəsi, Qarabağın sakinləri olacaq ermənilərin təhlükəsizliyi və Yerevanla rahat təmasları barədə aydın, sadə konsepsiyanı müharibədən sonrakı 2.5 il ərzində asta- asta dünyanın başına yeritdi .
2.Dünyanın diqqət mərkəzinə gətirə bildik ki, Laçın yolu ilə bağlı Azərbaycanın apardığı siyasətin hədəfi heç də Qarabağın erməni sakinlərinin Yerevanla əlaqəsini tamam kəsmək, özlərinin dediyi kimi " genosid " etmək deyil.Məqsəd bu yolun üzərində Azərbaycanın ərazisi olaraq süveren nəzarət hüququna malik olduğunu sübut etməkdir.Dünyaya nümayiş olundu ki, ərazi mənimdirsə, onun üstündəki keçid və hərəkət rejimini də biz müəyyən etməliyik.Yolun təhlükəsizliyini təmin etmək üçün yoldakı bütün hərəkət və daşınmalara nəzarət edilməlidir.Nəzarət üçünsə sərhəd- buraxılış məntəqəsi olmalıdır.Beləliklə, Laçın yolu ilə bağlı dəqiq effektə hesablanmış detallı və asta diplomatiya TŞ - dəki müzakirə sonluğunu müəyyənləşdirən təsirli vasitələrdən birinə çevrildi.
3.Laçın - Xankəndi yolunu bağlamamaq şərtilə Qarabağın erməni sakinlərinə humanitar yükdaşımaların alternativ yolları təklif edildi.Bərdə- Ağdam- Xankəndi və Füzuli- Şuşa- Xankəndi yollarından istifadə təklifinin Ermənistan tərəfindən rədd edilməsi faktiki Azərbaycanın xeyrinə işlədi.Yəqin hansısa kuluarlarda soruşuldu ki, bu ermənilər cəmi 19 kilometrlik rahat Ağdam- Xankəndi yolunu buraxıb 59 kilometrlik çətin Laçın- Xankəndi yolundan niyə belə tərsliklə yapışırlar?!
4 .TŞ- də müzakirədən 10 gün əvvəl- avqustun 5- də Azərbaycan Qarabağın erməni sakinləri ilə rəsmi görüş və 24 saatın içində Laçın- Xankəndi yolunun da açılmasını təklif etdi.Ermənilərin bunlardan da imtinasının diplomatik kanallarla müvafiq dünya paytaxtlarının diqqətinə öncədən çatdırıldığına söz yoxdur.Bütün bunlar TŞ- də ümumi atmosferin Azərbaycan tərəfə meyllənməsində həlledici rol oynadı .
5.Nəhayət ,Azərbaycan prezidentinin fikir və mesajlarının öncədən BMT- də belə bir təsəvvür yaratdığına şübhə yoxdur:" Bu həmin ölkə və həmin prezidentdir ki, BMT- nin 28 il ortada buraxılmış 4 qətnaməsini özü tək icra etdi və bu ölkənin əleyhinə hansısa sənədin qəbul ediləcəyi təqdirdə onu əsassız, ədalətsiz və qərəzli saymaq üçün yetərincə iradə nümayiş etdirmək gücündədir....
Aydın Quliyev