İrəvan və Moskvanın əsas məqsədi sülh danışıqlarını pozmaqdır - ÖZƏL

"Ermənilər və Rusiyanın sülhməramlı qüvvələri arasında baş verən insident saxtadır və bu kimi şoular onların Qarabağda birgə fəaliyyətlərini ört basdır etmək üçün həyata keçirilir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Ermənistan tərəfinin son vaxtlar Qarabağ erməniləri üzərindən həyata kecirdiyi bütün tədbirlərin və təxribat xarakterli addımlarının arxasında Rusiyanın növbəti planlarına start verməsi dayanır:

"Aydın məsələdir ki, bu rusların, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlı kontingenti ilə bağlı verdiyi məlum ismarıcından sonra həyata keçirilməyə başladı". 

Ekspert deyib ki, İrəvan və Moskvanın bütün cəhdləri Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinin pozulmasına nail olmaqdır:

"Xüsusilə də bu Vaşinqton və Brüssel görüşlərində əldə olunan nəticələri pozmağa və növbəti görüşlərin əhəmiyyətini zəiflətməyə hesablanmış addımlar atılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31