Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri ABŞ Konqresinin nümayəndələri tərəfindən edilib - Hikmət Hacıyev
16 Avqust 2023 23:23 SiyasətAzərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri ABŞ Konqresinin nümayəndələri tərəfindən edilib.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "Politico"ya müsahibəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın hərbi dəstəyini məhdudlaşdırmaq cəhdləri "erməni lobbisini faktiki təmsil edən və öz milli maraqlarını düşünməyən Konqres nümayəndələri" tərəfindən təşkil edilib.
O əlavə edib ki, bu cür hərəkətlər ABŞ və onun müttəfiqlərinin davamlı sülhü təmin etmək səylərinə "zərər" verə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31