Azərbaycandakı diplomatik korpus üzvlərinin Ağdama səfəri başa çatıb
16 Avqust 2023 15:08 SiyasətAzərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başa çatıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçilər daxildir.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olublar.
Qeyd edək ki, nümayəndə heyətinə rəhbərliyi Hikmət Hacıyev edib. Nümayəndə heyəti ilk olaraq ermənilər tərəfindən dağıdılmış Ağdam-Bərdə yolunun Baş Qərvənd kəndi ərazisindən keçən vaxtilə ermənilərin dağıtdığı Xaçın çayı üzərində inşa olunan körpü ilə tanış olublar. Bundan başqa, onlar Ağdam-Xankəndi yolunda olublar. Daha sonra isə Ağdam Konfrans Mərkəzində olublar.