Diplomatik korpus üzvləri Ağdam Konfrans Mərkəzində olublar
16 Avqust 2023 13:27 SiyasətAzərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi nümayəndələr Ağdama səfər çərçivəsində Ağdam Konfrans Mərkəzində olublar.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ağdam Konfrans Mərkəzinin inşa tarixi və tutumu barədə qonaqlara məlumat verib.
Eyni zamanda xarici diplomatlar Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində də olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31