Ermənilərin süni gündəm yaratmaq cəhdi - ÖZƏL
16 Avqust 2023 13:18 Siyasət"Ermənistanın qondarma məsələləri BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çılxarması bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, bunu həmçinin ermənilərin süni gündəm yaratmaq cəhdi kimi də qiymətləndirmək olar:
"BMT Təhlükəsizlik Şurası isə öz növbəsində Ermənistanın bu təxribatına "yaşıl işıq" yandırmamalıydı. Ancaq görünən budur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası böyük dövlətlərin (xüsusən də ABŞ-ın) təzyiq vasitəsinə, "dəyənəy"inə çevrilib. Eləcə də, erməni lobbisi BMT-nin sülh və təhlükəsizliyə yox, separatçılığa xidmət edən bir təşkilata çevrilməsində mühüm rol oynayır. Ona görə də bu mötəbər beynəlxalq təşkilatın obyektivliyinə inam hissimizin sarsılması təbiidir".