İrəvan xanının varisi Naxçıvana gəlib
16 Avqust 2023 11:21 Siyasətİrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Naxçıvana gəlib.
O, Naxçıvanda keçirilən "Heydər Əliyev - 100" Diaspor Gənclərinin IV Yay Düşərgəsi çərçivəsində baş tutan panellərin birində məruzəçi kimi çıxış edəcək.
Səfərin ilk günündə Əmir Əli Sərdari İrəvani Naxçıvanın görməli yerləri ilə tanış olub: "Mənə bu fürsəti yaratdıqları üçün Komitəyə təşəkkür edirəm. Doğum günümə ən yaxşı hədiyyə Naxçıvanda, İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu. Mən əcdadlarıma yaxın olduğumu hiss etdim. Təsəvvür edə bilmirəm ki, bir vaxtlar əcdadlarım orada at çapıb, düşmənləri ilə vuruşublar. Burada olmaq gözəl hissdir".


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31