Qərbi Azərbaycan İcması : Fransanın Ermənistanın tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir
16 Avqust 2023 10:58 SiyasətFransanın xarici işlər nazirliyinin bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla 15.08.2023 tarixli telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə və insan haqlarına hörmətsizliyinin və Azərbaycanofob siyasətinin növbəti bir sübutudur.
Olaylar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında bildirilib.
Məlumatda qeyd olunub kiu, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, Azərbaycan ərazisinin 20%-ni işğal edib oradakı 900-ə yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır.
Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.
Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd siyasətini və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan haqları məsələsi olan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq.