Ermənistan hərbi təxribatlarda maraqlı görünür - ÖZƏL

"Ermənistanın Baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri E. Marukyan ölkəsinin sülh prosesinə sadiq olduğunu və prosesi apardıqlarını qeyd edir. Hazırda isə, Ermənistan sülh prosesindən imtina edərək, Azərbaycana qarşı beynəlxalq təzyiqin artması və sərhəddə hərbi birliklər yerləşdirməklə məşğul olur". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan sözdə sülh, parktik olaraq danışıqlar prosesindən yayınıb: 

"Laçın yolu və Qarabağda ermənilərin vəziyyəti ilə bağlı Yerevanın apardığı kampaniyanın əsas tərkib hissəsi Qarabağa status və Laçın yolunun daimı açılması durur. Bunun qarşısını almaq üçün Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar aparmalıdır. Ermənistan tərəfi sülhə hazır deyil və yeni hərbi təxribatlarda maraqlı görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31