BMT-dəki müzakirələr ermənilər üçün məyusluqla bitəcək - ÖZƏL
16 Avqust 2023 10:14 Siyasət"Bu gün BMT Təhlükəsizlik Şurası Ermənistanın təşəbbüsü ilə "Dağlıq Qarabağda" yaranmış vəziyyəti müzakirəyə çıxaracaq. Bu Qarabağla bağlı Təhlükəsizlik Şurasına çıxarılacaq ikinci müzakirədi. Bundan əvvəl isə ekofəlların Laçın Xankəndi yolunda keçirdiyi etiraz aksiyası ilə bağlı müzakirə olub və həmin müzakirələrin nəticəsi Ermənistanı və himayədarı Fransanı məyus etmişdi. Düşünürəm ki, bu dəfəki müzakirələrin nəticəsi də belə məyusluqla bitəcək".
Bu fikirləri "OLAYLAR"-a AMİP-in Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, müzakirəyə çıxarılan məsələ birbaşa müstəqil bir dövlətin müstəqil və suveren haqlarından gedir:
"Azərbaycan beynəlxalq hüquqla təminat verilən dövlət sərhədində Nəzarət Buraxılış Məntəqəsi quraşdırıb və ölkəyə də giriş çıxışı kontrol etmək elementar normal sisteminə aiddir. Xüsusən də həmin sərhəd keçidindən terrorçular və silah sursat daşınılırdısa, yaxud postda xidməti vəzifəsini yerinə yetirən əsgərə atəş açılırdısa, demək bütün bunların fonunda dövlətin öz təhlükəsizliyini qoruması onun vazkeçilməz vəzifəsidir.