Ceyhun Bayramov və BƏƏ-nin XİN rəhbəri arasında telefon danışığı olub
15 Avqust 2023 20:09 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.
Bildirilib ki, nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişləndirilməsi imkanlarını, o cümlədən, regional vəziyyəti müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31