Ermənistanın atdığı addımlar onların sülh yox revanş istədiyindən xəbər verir (VİDEOMÜSAHİBƏ)

Separatçılar Qarabağda yaşayış məntəqələrinə yeni atəş mövqeləri yerləşdirir. Son günlər mövqelərimizi sürtli şəkildə atəşə tutulması, istər Ermənistan dövləti olaraq, istər lobbi halında Azərbaycana qarşı təxribatyönlü addımlarının sürətlə artması, Azərbaycana hərtərəfli hücum strategiyasının yenidən seçilməsi, rəsmi Bakını hansı addımlar atmasına vadar edə bilər?Bu, antiterror əməliyyatının yaxın perespektivdə artıra bilərmi.

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert, Azər Bayramov bildirib ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrə yaxın ərazilərdə hərbi hissənin yaradılması, artileriya vasitələrinin ora daşınması hərbi təyinatlı yüklərin və texnikaların yaşayış məntəqələrində yerləşdirilməsi bu birbaşa düşmənin bir daha riyakar xislətini göstərir.

"Bütün bunlar Ermənistan üçün heçnə yaxşı vəd etmir. Ermənistanın əsas məqsədi Azərbaycana qarşı hər hansı bir təxribat törətməkdir. Azərbaycan ordusu da təxribata qarşı cavab olaraq həmin nöqtələri zərərsizləşdirəcəyini ermənilər yaxşı bilir. Ordumuzun cavab atdığı addımlardan Ermənistan siyasi şou düzəltmək istəyir.

Geniş videomüsahibəni təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31