Qarabağdakı erməni separatizmini hansı dövlətlərin açıq şəkildə dəstəklədiyini görəcəyik - ÖZƏL

"Sabah Nyu-Yorkda keçiriləcək müzakirələrdə bizim üçün ən önəmli nəticələrdən biri, şübhəsiz ki, bu güclərin mövqeyini yenidən test etmək olacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan  Şükürlü iyulun 16-da BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətin müzakirəsi barədə danışarkən səsləndirib. O bildirib ki, Qarabağdakı erməni separatizmini hansı dövlətlərin açıq şəkildə dəstəklədiyini, Azərbaycanın maraqlarını isə hansı ölkələrin qoruduğunu görəcəyik:

"Gələcək münasibətlərin məsafəsini də ona uyğun qurmalı olacağıq".

Politoloq deyib ki, əsas missiyası dünyada sülhü və təhlükəsizliyi qorumaq olan BMT-nin artıq öz funksiyanı yerinə yetirə bilmədiyinə və tamamilə nüfuzdan düşməsinə baxmayaraq, bu qurumun beynəlxalq güclərin əlində bir alətə çevrildiyi və dünyaya ən böyük təhlükənin də elə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olduğu faktını heç vaxt unutmamalıyıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31