İstənilən təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən layiqincə alınacaq - ÖZƏL
15 Avqust 2023 12:34 Siyasət"Ermənistan hakimiyyəti və bu ölkədəki revanşist qüvvələr birmənalı şəkildə anlamalıdır ki, törədilən istənilən təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən layiqincə alınacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. Onun sözlərinə görə, bu təxribatlar dalana dirənmiş və böhran içində çabalayan Ermənistan üçün ağır nəticələr verəcək:
"Ona görə də yaxşı olar ki, təxribatlar törədərək öz xain xislətlərini nümayiş etdirmək əvəzinə, Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirsinlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün xəbərdarlıqlarından nəticə çıxarsın, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətlərini və "Dəmir Yumruğun" gücünü unutmasınlar. Çünki ani bir unutqanlıq Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxara bilər"