İlham Əliyev Dağıstan rəhbərinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Dağıstan rəhbəri Sergey Məlikova başsağlığı verib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31