Naxçıvanın 30 il blokadada yaşamasını görməməməzlikdən gəlmək dünya ictimaiyyəti adına utancvericidir - ÖZƏL

"Yarım milyondan çox naxçıvanlının 30 il blokadada yaşamasını görməməmzlikdən gəlib, dediklərinə görə 120 min, əslində isə 15-20 min olan erməninin olmayan blokadasından danışmaq dünya ictimaiyyəti adına utancvericidir və yolverilməzdir".
Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Naxçıvan əhalisinin blokadasından danışmayan bəzi dövlətlərin indi yalandan erməniləri "acından öldürməsi" nə erməni toplumuna, nə də sülhə xidmət etmir:
"Əsl erməni soyqırımını bu dövlətlərin siyasəti edir. Tarixdə də belə olub, indi də belə olmasını istəyirlər. Azərbaycan açıq və hər bir normal insanın başa düşəcəyi tərzdə hamıya başa salmağa çalışır ki, Laçın yolu açıqdır. Heç bir erməni adlı canlının bu yoldan istifadəsinə mane olan yoxdur". 
Azər Qaasımov deyib ki, erməni adlı toplumun əvəzinə bir sıra dövlətlərin onların yerinə canfəşanlıq etməsi bu toplumun alət olduğunu bir daha göstərir: "Erməni toplumu yeri gələndə özünü dünyada "ən ağıllı" hesab edir. Yəni bu "ağıllı toplum" görüb, başa düşmür ki, artıq hər şey bitib, eləcə də, onları dəstəkləyənlər. Görünən odur ki, onların "dəstəkçiləri" bu toplumun sonunu gətirmək istəyirlər. Sülhdən qaçmaq müharibə deməkdir. Müharibə isə erməni adlı canlıların sonu olacaq. Onların dəstəkçiləri də bu toplumu məhv edib, onların adından əsrlərlə "soyqırım" şousu edəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31