Bu həm Ermənistanın, həm də separatçıların sonunu gətirə bilər - ÖZƏL

"Azərbaycanın yürütdüyü ardıcıl və təmkinli siyasət ermənilərin mövqelərini gün-gündən daraldır, manevr imkanlarını məhdudlaşdırır. Bu da öz növbəsində onları daha da aqressivləşdirir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, beynəlxalq aləmdən və ənənəvi havadarlarından gözlədikləri, umduqları dəstəyi ala bilməyən Ermənistan iqtidarı və separatçı rejim çıxış yolunu isterik və aqressiv addımlar atmaqda, növbəti hərbi təxribata əl atmaqda görür:

"Lakin bu həm Ermənistanın, həm də separatçıların sonunu gətirə bilər. Azərbaycan cəzalandırma əməliyyatını həyata keçirməyə başlasa, bunun nəticəsi ermənilər üçün ağır olacaq. Əgər Laçın istiqamətindən Azərbaycana qarşı hər hansı bir təxribat baş verərsə, Ermənistan bunun bədəlini çox ağır şəkildə ödəyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31