Mirzoyan 14 ölkəyə Azərbaycandan şikayət edib - ÖZƏL

"Ermənistan XİN rəhbəri Mirzoyan 6 gündə Litvanın, İspaniyanın, Bolqarıstanın, Yunanıstanın, Maltanınz, BƏƏ-nin, ABŞ-ın, Makedoniyanın, Kiprin,  İrlandiyanın, Macarıstanın, Latviyanın, Belçikanın, Xorvatiyanın xarici işlər nazirlərinə zəng edərək Azərbaycandan şikayət edib". Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Bildirib ki, Mirzoyan hansı ki, 2023 - cü ildə iki dəfə bir neçə günlük ABŞ görüşlərində Azərbaycan qarşısında öhdəliklər götürüb və Baş nazir Paşinyanla birlikdə danışıqları sıfırlamaqla məşquldur:
"Bu gedişat ermənilərə çox baha başa gələcək. Blinkenin Azərbaycandan vaxt istəməsi fonunda Ermənistanın apardığı siyasət danışıqlar masasında kimin qeyri - səmimi olduğumu açıq - aşkar göstərir. Qeyd etdiyim kimi, bunlarla demarkasiya - delimitasiya 28 aprel 1920 - ci ilin xəritələrinə uyğun aparılmalıdır. Yeri gəlmişkən, son hadisələrdə Ermənistandan daha çox erməni diasporu fəallıq nümayiş etdirir, gündəlik olaraq Qərbin ayrı - ayrı bloggerləri, jurnalistləri, hüquq müdafiəçilərinin yazıları dərc edilir. Lakin, erməni diasporası bilməlidir ki, onların apardığı siyasət Ermənistanın olmayan qondarma dövlətçiliyini sual altına qoyur. Öz növbəsində, mövcud proseslər bizim diasporalarımızın da daha fəal olmasını və ümumilli işdə sistemli iştirakını tələb edir. Buraya Qərbin jurnalistləri və ictimaiyyət nümayəndələri ilə sıx iş də aiddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31