Ermənistan Brüssel və Vaşinqton formatının üstündən xətt çəkir - ÖZƏL

"Ermənistanın BMT Təhlükəsizlik Şurasına Azərbaycanla bağlı məsələni qaldırması, həmçinin şərti sərhəddə ordu birliklərini cəmləşdirməsi Brüssel və Vaşinqton formatının üstündən xətt çəkir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Ermənistan BMT Təhlükəsizlik Şurasına Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri " blokada" saxlaması və Laçın yolunun açılması üçün şikayəti müsbət nəticələnməyəcək. Ermənistanın bu siyasəti Cənubi Qafqazda gərginliyi artırmaqla yanaşı, Yerevanın  Azərbaycana beynəlxalq təzyiqin formalaşdirılmasının tərkib hissəsidir. Bununla da Azərbaycana hərbi hücum etməsini legitimləşdirməyi planlaya bilər". 

Politoloq qeyd edib ki, Ermənistan iki istiqamətdə həm diplomatiyada, həm də şərti sərhəddə hücuma keçməyə çalışır: "Fransa, İran prorsesdə Ermənistanı dəstəkləyir. Hərbi toqquşma riski var və Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasından boyun qaçırıb!."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31