Rusiya xarici işlər nazirinin müavini Ermənistan səfiri ilə nədən danışıb? - ÖZƏL

"Moskvadakı qaynaqlar xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Qaluzin Ermənistanın səfiri Harutyunyanla görüşərək Qarabağdan danışıblar. Moskva əgər regionda sülhün yaranmasında maraqlıdırsa, onda Qaluzinlə Harutyunyan arasında söhbətin predmeti "blokada", "humanitar fəlakət" yox, Qarabağdakı qanunsuz silahlı birləşmələrin və terrorçu ünsürlərin oradan çıxarılması olmalıdır. Çünki Rusiya üçtərəfli bəyanatda üzərinə belə bir öhdəlik götürsə də, o yerinə yetirilməmiş qalır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Azərbaycanın Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamada sözü gedən ünsürlərin yeni təxribat hazırlıqları gördüyü bildirilir: "Və o da bildirilir ki, qarşı tərəfdən belə hallara son qoyulması tələb edilsə də, onlar əksinə davranır, yeni müdafiə hədləri, səngərlər, uzun müddətli fortifikasiya qurğuları yaradır, yeni minalar basdırır, intensiv döyüş hazırlığı tədbirləri həyata keçirir, bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı hərbi texnika, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirir, hətta mülki əhalini də kütləvi şəkildə silahlandırırlar. Azərbaycanın Müdafiə Nazirliyinin "baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəyi" xəbərdarlığı onu göstərir ki,  işğalçı, terrorçu və separatçı ünsürlərə yaxşı heç nə vəd  etməyən o "istənilən hadisə" hər an gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31