İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir - Ayxan Hacızadə
14 Avqust 2023 23:49 Siyasətİspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə öz X (Twitter) hesabında paylaşım edib.
"Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik", - o qeyd edib.
Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.
İspaniya səfirliyi 250 erməni ailəyə maddi və sosial dəstək veriləcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31