Azərbaycan dünya miqyasında minalarla ən çox çirklənmiş ölkədir - Hikmət Hacıyev
14 Avqust 2023 21:04 SiyasətErmənistan zəbt etdiyi Azərbaycan torpaqlarına 1 milyondan çox mina yerləşdirib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində paylaşım edib.
"2020-ci ilin noyabrından bəri 300-dən çox azərbaycanlı mina qurbanı olub. Azərbaycan dünya miqyasında minalarla ən çox çirklənmiş ölkədir. Ermənistanın mina terrorunu davam etdirir", - H.Hacıyev qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31