Bütün planlar Rusiyanın başının altından çıxır - ÖZƏL

"Ermənistanın atdığı bütün təxribat xarakterli addımlar, nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin əsas səbəbkarı Rusiyadır. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsiinin bağlanmasını qəti şıəkildə istəmir və əsas "fəaliyyəti" də məhz buna yönəlib. İrəvanın BMT-yə müraciətinin xeyir-duası da məhz Kremldən verilib".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildrib ki, tərəflər arasında münasibıtlərin normallaşmaması üçün ciddi səy göstərir:

"Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, iki ölkə arasında sülh müqaviıəsinin bağlanması Rusiyanın avtomatik olaraq Cənubi Qafqazdan getməsi demək olacaq. Bu isə heç bir halda Rusiyanı razı salmır. Ona görə də Kreml istənilən məkirli plana əl atmağa hazırdır. Elə Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşayəti altında separatçı quldur dəstələrinə silah daşınması  fonunda bunu aydın görmək mümkündür".

Arzuman Muradlı onu da bildirib ki, istənilən halda Azərbaycan başda Ermənistan olmaqla şər qüvvələrin regionda yenidən gərginlik yaratmaq niyyətlərini pozacaq, Cənubi Qafqazda sülh və sabitliyin əldə edilməsi istiqamətində səylərini davam etdirərək buna nail olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31