Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
14 Avqust 2023 12:44 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edilib.
"Müstəqillik Günü münasibəti ilə Pakistan hökumətinə və qardaş xalqına ən xoş və səmimi arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizi, strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik", - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31