Ermənistanın BMT-yə müraciətinin məqsədi danışıqlar prosesini pozmaqdır - ÖZƏL

"Ermənistanın Qarabağdakı vəziyyətin müzakirəsi məqsədilə BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının keçirilməsi təklifinin məqsəd və məramı sülh danışıqlarını pozmaq, ötən 3 ilə yaxın müddətdə aparılan danışıqlar prosesini sıfırlamaq və regionda yeni bir gərginlik yaratmaqdır". Bu fikirləri "OLAYLAR"-a politoloq Elvin Babayev səsləndirib. O bidirib ki, İrəvan danışıqlar prosesini pozmaq, sülh müqaviləsininj imzalanmasını əngəlləmək üçün zaman-zaman müxtəlif vasitələrə, pozuculuq fəaliyyətlərinə əl atdı:
"Əvvəl müntəzəm olaraq mövqelərimizə qarşı təxribatlar həyata keçirildi, sistemli şəkildə atəşkəs rejimi pozuldu, daha sonra Qarabağdakı separatçı tör-töküntüləri üçün silah-sursat daşınmasına başlanıldı. Bütün bu cəhdlərin qarşısı alınıb danışıqlar prosesi davam etdiyi halda "humanitar şou" yaradılmağa başlanıldı. Bununla da danışıqlar prosesinin əngəllənməsinə nail ola bilməyən Ermənistan növbəti addım kimi BMT-yə müraciət metodunu seçdi. Bütün bu cəhdlər yalnız və yalnız danışıqlar prosesini pozmağa, sülh müqaviləsinin imzalanmasının reallaşmamasına xidmət edir".
Elvin Babayev deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın təklifi ilə Qarabağdakı vəziyyəti müzakirə edərsə, bu sözügedən qurumun ikiüzlülüyü, siyasi riyakarlığı olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31