Ermənilər dinc birgəyaşayış yanaşmasını qəbul etmirlər - ÖZƏL

"Ermənilərin indi etdikləri bir daha göstərir ki,  ermənilər dinc birgəyaşayış fəlsəfəsini, yanaşmasını qəbul etmirlər". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Zaur İbrahimlinin sözlərinə görə,  bunu gec-tez aparcı ölkələr və beynəlxalq təşkilatlar da qəbul edəcəklər: "Dinc birgəyaşayış, təcavüzdən imtina, dinc birgə mövcudluq fəlsəfəsi münaqişə imkanını aşağı salan addımları və düşüncəni nəzərdə tutur. Ermənilərin isə indi etdikləri tam əksinədir, onların məhz indiki fəaliyyəti dinc birgəyaşayış gələcəyini təhlükəyə atır. Birgə dinc yaşamağa hazılaşdığın ölkəyə münasibətdə, xüsusən beynəlxalq birik tərəfindən tanınmış ərazilərində məskunlaşdığın dövlətə qarşı bu cür münasibət bəsləmirlər. Ermənilər yenə zoru, zorbalığı seçirlər, yeni qan-qadanı seçirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31