Qafqazın təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilə bilər - ÖZƏL

"Əslində Qərbin Azərbaycana təyziq istəyi indi başlamayıb və ən qəribəsi budur ki  torpaqlarımız 30 illik işğalda olanda Ermənistana qarşı heç bir əsaslı təsir mexanizmləri olmayıb". "Olaylar xəbər verir ki, bunu Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib. Bildirib ki, post müharibə dövründə və xüsusi ilə Qarabağa qayıdış mərhələsində təyziqlərin olması əvvəldən təxmin edilən idi: "Hər zamankı kimi burda erməni icması sadəcə bir istifadə alətidir. Azərbaycan ciddi, davamlı, güvənli  iqdisadi tərəfdaşdır. Qafqazın stabilliyi, təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilə bilər. Güclü tərəf Azərbaycandı və bununla barışmaq, qalib əli sıxmaq lazımdır. Qərb bunu anlamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31