Ermənistan hakimiyyətinin, revanşistlərin, erməni lobbisinin və onlara hamilik edən siyasi dairələrin Azərbaycana qarşı birgə təxribatları davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Laçın səhəd buraxılış məntəqəsinin qurulmasından bu yana özlərinə yer tapmayan ermənilər və erməni sevdalılarının təxribatlarına indi də növbətisi əlavə olunub. Belə ki, ABŞ-da gözün üstə qaşın var belə demədiyi erməni lobbisinin üzvləri Los-Ancelesdəki Azərbaycan konsulluğu yaxınlığında etiraz aksiyası keçirməklə ölkəmizə qarşı növbəti təxribatları ilə diqqət mərkəzinə düşüblər.
Halbuki bu aksiyanın öncədən planlaşdırıldığı, məqsədinin də məhz Azərbaycanı təxribata çəkib vəziyyəti bir xeyli gərginləşdirmək məqsədi daşıyır. Aksiya şousunda qondarma rejimin əski parçasının bir xeyli olması da azərbaycanlıları qıcıqlandırmaq, təxribat məqsədli olmasından xəbər verir.

.jpg)
.jpg)
.jpg)