ADY-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildi
12 Avqust 2023 18:33 Siyasət"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Müşahidə Şurasının üzvləri arasından çıxarılıb. Şuranın tərkibinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini Cəfər Babayev daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31