Azərbaycan Ukraynaya minatəmizləmə texnikası göndərdi
11 Avqust 2023 15:53 SiyasətAzərbaycan Ukraynaya minatəmizləmə üçün 1 ədəd maşın göndərib.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Ukraynaya 17,6 milyon dollardan çox humanitar yardım göstərib. 17 iyul 2023-cü il tarixli sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərmək məqsədilə Azərbaycan tərəfindən Ukraynanın Energetika Nazirliyinə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 7,6 milyon dollar ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31