Vaşinqtonun ikiüzlü siyasəti - ÖZƏL
11 Avqust 2023 14:59 Siyasət"Birləşmiş Ştatlar daima ikili standartlar, ikiüzlü siyasəti ilə yadda qalıb. Keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Birləşmiş Ştatlar bu gün də öz köhnə ənənəsini, proseslərə ikili yanaşmasını ortaya qoyur. Bu isə dünyanın super gücü kimi tanınan bir ölkənin həm obyektivliyinə ciddi şübhə yaradır, həm də ona qarşı olan haqlı etirazları artırır".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı ABŞ Dövlət Departamentinə yaxın bir sıra KİV-lərdə, eləcə də "Vaşinqton Post" qəzetində Azərbaycan əleyhinə silsilə yazıların dərc edilməsinə münasibıət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, bir tərəfdən Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə müxtəlif səviyyəli görüşlərin keçirilməsinə təşəbbüs göstərən Birləşmiş Ştatların, digər tərəfdən erməni yalanlarına şərik çıxıb Azərbaycana qarşı əsassız qarayaxma kampaniyası həyata keçirməsi, həm də bu kampaniyanın Dövlət Deoartamentinə yaxın olan KİV-lərdə aparılması Vaşinqtonun ikiüzlü siyasətindən xəbər verir:
"Ənənəvi olaraq ABŞ-da keçirilən "Qlobal Demokratiya Sammiti"nə Azərbaycan və Türkiyənin deyil, Ermənistanın dəvət edilməsi Vaşinqtonun nə dərəcədə qeyri-obyektiv və ikiüzlü olduğunu göstərirdi. Ona görə də başda Birləşmiş Ştatlar olmaqla Qərbdən və Avropadan, eləcə də Rusiyadan hansısa ədalət gözləməyə dəyməz. Azərbaycan yalnız qardaş Türkiyə ilə birgə addımlamaqla qarşısına çıxan problemləri dəf edə bilər".