Ermənistanın çabaları mənasızdır - ÖZƏL
11 Avqust 2023 13:17 SiyasətErmənistanın "humanitar yardım" adı altında yaratdığı şou və nümayiş etdirdiyi çabalar mənasızdır.
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan "OLAYLAR"-a bildirilib ki, Azərbaycan heç bir halda Ermənistanın yaratdığı şouya uyğun oyun oynamayacaq və öz prinsipial mövqeyindən geri çəkilməyəcək:
"Əgər Ermənistanı doğurdan da Qarabağın erməni sakinlərinin vəziyyəti, onların ərzaq və digər zəruri məhsullarla təminatı maraqlandırırsa, o halda Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi marşrutundan yüklərin daşınmasına razı olmalıdır. Ancaq göründüyü kimi Ermənistan hələlik buna razılıq vermir. Daha doğrusu Ermənistanı idarə edən Rusiya, Fransa, İran kimi dövlətlər İrəvana imkan vermirlər ki, Ağdam-Xankəndi yolundan istifadə etməklə Qarabağın erməni sakinlərinə yüklərin daşınmasına başlanılsın".