XİN-də Azərbaycan-Litva əməkdaşlığı müzakirə olunub, Ermənistanın “humanitar yük” təxribatından bəhs edilib

Nazir Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəf məlumatlandırıb. Ermənistanın beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəliklərə və verdiyi bəyanatlara zidd olaraq ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını, mina təhdidini davam etdirməsinin sülh gündəliyinin irəli aparılmasına ən böyük hədə olduğunu bildirib.

Nazir cari ilin 15 iyun tarixində Laçın sərhəd buraxılış məntəqəsinə qarşı sərhədçimizin yaralanması ilə nəticələnmiş təxribat törədən Ermənistanın ölkəmiz ilə razılaşdırmadan ərazilərimizə "humanitar yük" adı altında konvoylar göndərməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndriməyə hesablanmış növbəti təxribat olduğunu diqqətə çatdırıb.

Erməni sakinlər üçün daha çox məhsulların tədarükü üçün tərəfimizdən "Ağdam-Xankəndi" yolundan istifadə ilə bağlı təklifin rədd olunmasının məsələnin humanitar deyil, tamamilə siyasi xarakter daşıdığını göstərdiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31