Qırmızı Xaç Komitəsi nə qədər ki, İrəvan ofisinə tabedir, əsirlərlə bağlı məlumat verməyəcək - ÖZƏL

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti əslində daha çox ermənilərin maraqlarına xidmət edir". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Aydın məsələdir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi yaxşı başa düşür ki, Azərbaycanın Birinci Qarabağ Müharibəsində təqribən 4000-ə yaxın hərbi və mülki əsiri Ermənistan tərəfindən hələ də bu günə qədər taleyi məlum olmayan bir vəziyyətdə saxlanılır. Yəni, ölüblər və ya sağdılar bu məlum deyil, amma təbii ki, böyük ehtimalla onlar artıq həyatda yoxdular. Çünki aradan 30 il vaxt keçib və bu müddət ərzində onların sağ qalmaq ehtimalı da azdır. Bəlkə də, ola bilsin, az bir qismi qalıb ki, onları da Ermənistanda saxlaya bilərlər. Yəni, çox az bir qismi, o vaxt uşaq olanlar indi 35-40 yaşlarında ola bilər ki, bəlkə onları əsir saxlaya bilərlər hardasa işlətmək üçün və s. Hər vəziyyətdə Qırmızı Xaç Komitəsi o məsələ ilə maraqlanmır. Komitə ancaq çalışır ki, orada yaşayan ermənilərin maraqlarına xidmət edən addımlar atsınlar. Əslində daha çox orada yaşayan Azərbaycan əsilli ermənilərin də deyil, öz maraqlarını güdürlər, məsələ bundan ibarətdir. Ona görə də, Azərbaycanın Birinci Qarabağ Müharibəsindən qalan hərbi və mülki əsirləri ilə bağlı məsələlər daxil deyil. Bu səbəbdən bu gün bu məsələyə barmaqarası yanaşırlar və çalışırlar ki bu məsələnin üstünü çox açmasınlar. Amma Azərbaycan bu məsələdə prinsipialdır və həmin o əsirlərin, itkin düşən şəxslərin taleyi ilə bağlı məsələni tələb edir, Ermənistandan da, Qırmızı Xaç Komitəsindən də və digərlərindən də.
Bunların orada özəl missiyası var və gəliblər öz maraqlarını təmin etməyə. Ona görə də mən düşünmürəm ki, onlardan nəsə ciddi nəticə ala bilək və heç o nəticəni də vermiyəcəklər. Çünki onların onların nə qədər ki, özlərinin maraqları təmin olunmur, o qədər aranı bu söhbətlərlə dolduracaqlar. Düşünürəm ki, biz məsələni Ermənistandan soruşmalıyıq, Qırmızı Xaçdan yox. Eyni zamanda, həmin o Qırmızı Xaçın fəaliyyəti orda dayandırılmalıdır, onlar Bakı ofisinə tabe edilməlidir, İrəvan ofisinə tabe edilməməlidir. Nə qədər ki, İrəvan ofisinə tabedirlər,  o qədər onlar bu məsələnin üstünə getməyəcəklər. Məsələnin bir tərəfi də bundan ibarətdir, yəni nə qədər ki, İrəvan ofisinə tabedirlər, onlar əsirlərlə bağlı məlumat verməyəcəklər".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31