Ermənistan və ona dəstək olan qüvvələr təxribatın əsas mayasını təşkil edən hərəkətlərə yol verirlər - ÖZƏL

"Sərhəd keçid məntəqəsində baş verən təxribatın qısa müddətdə deyil, uzun müddət ərzində hazırlandığı artıq hər kəs üçün məlumdur".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Nəzərə almaq lazımdır ki, bir neçə gün öncə Ermənistandan guya Qarabağa humanitar yardım aparmaq adı altında 17-ə yaxın tır gəlib Ermənistan Azərbaycan şərti dövlət sərhədinin nəzarət baxış məntəqəsinin yaxın məsafəsində dayandı və artıq uzun müddət orada saxlanıldı. Demək ki, onun içərisində heç nə yox imiş. Sadəcə bu təxribat üçün hazırlanmış bir zəmin idi və həmin vaxtı bəzi ölkələrin Ermənistandakı səfirliklərinin nümayəndələri də həmin bölgəyə gəlib bu təxribatın belə deyək, tır şousuna baxmağa başladılar. Bütün bunlar hamısı əslində qurulmuş böyük təxribatın kiçik elementləri sayılır və nəhayət ki, elə sərhəd keçid məntəqəsində baş verən təxribat da elə bunun, əvvəlkilərin tərkib hissəsi, davamı olaraq nəzərdən keçirilə bilər. Hesab edirəm ki, burada məqsəd mümkün variantdır ki, Azərbaycanı hövsələdən çıxartmaqdan və bölgədə gərginliyi yenidən artırmaqdan ibarətdir. Amma Azərbaycan qərarlı bir şəkildə sülh danışıqları prosesinin davam etdirilməsinə maraqlıdır. Əlbəttə ki, hər hansı bir ciddi Azərbaycana qarşı təhdid olacaqsa, anında və yerində adekvat olaraq cavab veriləcək. Amma hər halda biz çalışırıq ki, mümkün qədər məsələni qısa müddətdə həll edək.
Əlbəttə, Azərbaycanın məqsədi ondan ibarətdir ki, Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin reinteqrasiya prosesini sürətləndirsin və bölgədə qısa müddətdə sülh əldə olunsun. Sonuncu Euronews telekanalına cənab prezidentin verdiyi açıqlamada da sülhün əsas vasitə olduğunu diqqətə çatdırması ondan xəbər verir ki, deməli, məqsəd burada sülhün əldə edilməsidir. Ermənistan və ona dəstək olan qüvvələr isə təbii ki, təxribatın əsas mayasını təşkil edən hərəkətlərə yol verirlər. Bu da öz növbəsində bölgədə gərginliyin artırılmasına xidmət edir. Mən düşünmürəm ki, belə ucuz şoularla Azərbaycana hansısa formada təsir edə bilərlər. Azərbaycan öz ərazisini və suverenliyini qoruyur. Ona görə də sərhəd buraxılış məntəqəsində hər hansısa bir humanitar böhranın olmadığını da demək lazımdır və nəzərə almaq lazımdır ki, humanitar böhran olmadığı orada aprelin 23-dən bu günə qədər 2000-dən artıq erməni əsilli Azərbaycan vətəndaşının Qarabağdan Ermənistana, oradan isə geriyə qayıdışınına şərait yaradılmasından görmək olar. O baxımdan, düşünürəm ki, bu baş verən şoular nəhayətində onların özü üçün ziyandır və bunun Azərbaycana hər hansı ciddi təsiri olmayacaq".
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31