Fars-molla rejimi gecə-gündüz Azərbaycan və Türkiyə əleyhinə iş aparır - ÖZƏL
10 Avqust 2023 14:29 Siyasət"Fars-molla rejimi gecə-gündüz Azərbaycan və Türkiyə əleyhinə iş aparır. Sakit kimi görünəndə də nələrsə planlaşdırırlar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, əvvəl sakit göründülər, indi erməniyə silah daşıyırlar:
"Müharibə ilə hədələyirlər. İranın təxribat planları həmişə olub, indi də var. Azərbaycan dövləti də İranın təxribat planlarından xəbərdardır. Yeri gələndə İranın hər təxribatına lazımınca cavab verilir və veriləcəyinə də şübhə yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31