İran Ermənistanın regionda oynadığı destruktiv fəaliyyətinə şərik olur - ÖZƏL

"İran fars rejimi hər addımda Ermənistana dəstək verməklə bu ölkənin regionda oynadığı destruktiv fəaliyyətinə şərik olur, beynəlxalq imperializmin tələblərini həyata keçirirlər". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Azər Qasımov deyib ki, İran rejimi Azərbaycanın 44 günlük müharibə ilə əldə etdiyi qələbəni qəbul edə bilmir, bunu öz planlarına zərbə hesab edir:

"Azərbaycanın qələbəsi tək Ermənistan üzərində yox, həm region, həm də müsəlman dünyası üzərində İran kimi dövlətlərin əli ilə oynayan oyunçulara da zərbə oldu. Bu qələbə, eyni zamanda, uzun illərdən sonra müsəlman dünyasının xaçlı dünyası və onların əlaltıları üzərində böyük qələbəsi idi. Bu qələbəni gözləmirdilər. Qəhrəman Azərbaycan ordusunun əks-hücum ilə Şuşa şəhərini azad etməklə erməni ordusunu məğlub etməsi faktı ermənilər kimi, İran rejimi də daxil bütün bu qüvvələri çıxılmaz vəziyyətdə qoydu. İndinin özündə də baş verən hadisələr bu qüvvələrin vəziyyəti yenidən öz iradələrinə tabe etmək üçün atdığı addımlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31