Azərbaycan dövlətinin Qarabağ ermənilərinə yüksək təhlükəsizlik qarantiyası verəcəyi heç bir ermənidə şübhə yaratmamalıdır - ÖZƏL

"Azərbaycan dövlətinin Qarabağ ermənilərinə yüksək təhlükəsizlik qarantiyası və normal yaşayış şəraiti təşkil edəcəyi heç bir erməni əhalidə şübhə yaratmamalıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bunun əksinə gedənlər isə bir daha Qarabağ üzünə həsrət qalacaqlar:
"Bu durumda Qarabağın normal təfəkkürlü erməni əhalisinin separatçıları qovmaq və Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün hərəkətə keçmələri lazımdır. Azərbaycan dövlətinə bu barədə kütləvi şəkildə müraciət etmələri kifayətdir. Azərbaycan dövləti müraciətdə adı keçən erməni əhalinin ilk növbədə vətəndaşlıq məsələsinə baxacağı mütləqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31