Qərbdə və Avropada Ermənistandan beziblər - ÖZƏL
9 Avqust 2023 14:22 SiyasətSonuncu dəfə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşünün keçirilməsindən sonra növbəti yüksəksəviyyəli görüş üçün nə Vaşinqton, nı Moskva, nə də Brüsselin özündən heç bir təşəbbüs göstərilmir. Belə fikir formalaşır ki, artıq adlarını qeyd etdiyimiz tərəflər problemin Bakı ilə İrəvan arasında ikilikdə həll edilməsindən yanadırlar. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər?
"Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı "OLAYLAR"-a deyib ki, Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşlərin keçirilməsinə təşəbbüsün göstərilməməsi bir neçə səbəblə bağlıdır:
"İlk növbədə təbii ki, həm Brüssel, həm Vaşinqton, həm də Moskva Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən görüşlərin heç bir nəticə vermədiyinin fərqindədirlər. Ona görə də Moskvanı çıxmaq şərtilə tərəflər indi daha çox Bakı ilə İrəvanın ikilikdə məsələni həll etməsindən yanadır. Moskva isə həm regionda, həm də Azərbaycan və Ermənistan üzərində öz təsir rıçaqlarını saxlamaq üçün məsələnin indiki halda, tərəflər arasında sülh müqaviləsinin imzalanmadığı vəziyyətdə qalmasını istəyir. Ona görə də Azərbaycan və Ermənistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsünü irəli sürmür".
Arzuman Muradlı deyib ki, digər bir səbəb Ermənistanın ərköyün münasibətindən artıq bütün tərəflərin bezməsidir:
"Ermənistan ənənəsinə sadiq qalaraq ötən 3 ildə öz pozuculuq əməllərini davam etdirir, hər vəchlə sülh müqavilıəsinin imzalanmasına əngəl olur. Ona görə də həm Qərbdə, həm də Avropada artıq Ermənistanın bu hərəkətlərindən beziblər, ondan üz döndərirlər. Yalnız Fransa və erməni maraqlarına xidmət edən bəzi dövlətciklər var ki, onlar Ermənistanın müdafiəçisi kimi çıxış edirlər".