Paşinyan Qarabağda separatizmi dəstəkləyir - ÖZƏL

"Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını qeyd etsə də, parktiki olaraq sülh sazişindən yayınaraq Qarabağda separatizmi dəstəkləyir". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Ermənistanla mümkün danışıqlar prosesində fasilə yaranıb və humanitar yük şousu prosesi ilə Azərbaycana təzyiqin formalaşdirılmasına çalışır: "Avropa İttifaqı və ABŞ -da Ermənistana təzyiq etməyərək, proseslərin böhranlı vəziyyətə sürükləməsinə seyrçi yanaşırlar. Ermənistan rəhbərliyi Qarabağla bağlı mövqeyində dəyişikliklər etməyəcəksə, Zəngəzurla bağlı məsələdə Azərbaycan mövqeyini ortaya qoyacaq. Qeyd edim ki, İrandan sonra Rusiya da Zəngəzurda konsulluq açmağı planlaşdırır. Həmçinin Avropa İttifaqıda mülki müşahidə missiyası üçün ofis açır. Məqsəd Zəngəzurla bağlı məsələdə Azərbaycana təzyiq etməkdir. Avropa İttifaqı İttifaqı və ABŞ vasitəçiliyi müsbət istiqamətdə inkişaf etməsə, Azərbaycan özü addımlar atmalı olacaq. Qarabağda silahlı separatçılar və Ermənistan destruktiv fəaliyyətlərini davam etdirir. Sülh imkanlarının qarşısını alır.

Azərbaycan və Türkiyə yenidən birgə hərəkət etməsi mümkündür. Necəki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağı Azərbaycanla birgə azad etdik mesajı Ermənistan və bölgədə suyu bulandıranlara ünvanlanıb. Gələn aydan Azərbaycan konkret addımlar atacaq. Ermənistan rəhbərliyi son kartlarından istifadə edir. Ermənistana və silahli erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31