Qarabağın erməni icmasında görüşlə bağlı fikir ayrılıqları var - ÖZƏL

Qarabağın erməni sakinləri ilə Azərbaycanın hakimiyyət nümayəndələri arasında baş tutacaq növbəti görüşdən müəyyən gözləntilər var. Bir çoxları görüşün müsbət sonluqla başa çatacağı qənaətində olsa da, lakin İrəvanın, eləcə də Qarabağdakı separatçıların bu görüşə mane olacaqları da istisna edilmir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?

Politoloq Yusif Bağırzadə məsələ ilə bağlı "OLAYLAR"-a deyib ki, görüşün baş tutub-tutmayacağını indidən demək çətindir. Çünki söhbət separatçı bir rejimin girovunda olan insanlardan gedir: "Bu rejimin isə müstəqil qərar qəbul etmək imkanları yoxdur. Onlar yenə də havadarlarının son anda nə deyəcəyini gözləyəcəklər. Erməni mətbuatına istinadən demək olar ki, Qarabağın erməni icmasında görüşlə bağlı fikir ayrılıqları var və onların bir qismi bu görüşə mane olmağa çalışırlar". 

Politoloq deyib ki, bu destruktiv mövqedir və bundan ən çox itirən də məhz elə ermənilər özləri olacaq: "Ermənilər bilməlidirlər və dərk etməlidirlər ki, problemlər yalnız Qarabağ erməniləri ilə Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31