Separatizmin kökünü kəsmək mümkündür - ÖZƏL

"Qarabağ ermənilərindən 100 və ya 50 nəfəri Azərbaycan vətəndaşlığına keçmək istədiyini bəyan edərsə, bu yolla da qısa müddətdə separatizmin kökünü kəsmək mümkündür". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Laçın sərhəd keçid-məntəqəsinin yaxınlığında və ya Şuşada Asan Xidmət Mərkəzi fəaliyyətə başladıqdan sonra Xankəndi və ətrafda yaşayan erməniləri Azərbaycan pasportu almaq üçün bu ünvanlara iqtiqamətləndirmək mümkündür: "Eyni zamanda Azərbaycan pasportu və vətəndaşlığını qəbul edən ermənilərin hansı üstünlüklər qazanacağı təbliğatını gücləndirmək lazımdır. Qarabağ ermənilərinə o da izah edilməlidir ki, Azərbaycan vətəndaşlığı və pasportu onların bu bölgədə rahat yaşamalarının yeganə alternatividir, əks halda Qarabağı tərk etməkdən başqa seçimləri qalmayacaq. Digər tərəfdən 50 və ya 100 erməni Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onlara təzyiq edilərsə, bunun özü onları radikallardan qorumaq üçün Azərbaycan hərbi qüvvələrinə Xankəndinə daxil olmasına şərait yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31